Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Cəfərov/
İranın Eştehard şəhərində ağır yol qəzasında beyin ölümü keçirmiş 15 yaşlı Seyyid Səid Hüseyni adlı yeniyetmənin valideynləri onun orqanlarını ehtiyacı olan 12 xəstəyə bağışlayıblar. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
Məlumata əsasən, Eştehard-Mahdəşt magistral yolunda qəzaya düşərək beyin ölümü keçirən yeniyetmənin sağalmayacağını həkimlər bildirdikdən sonra valideynlər belə bir humanist addımı atmağa qərar veriblər.
Həmin yeniyetmənin ürəyi, iki böyrəyi, gözünü buynuz qişası, ayaq sümükləri və çanağı ehtiyacı olan 12 xəstəyə köçürülüb.
İranda valideynlər övladın daxili orqanlarını digər xəstələrə veriblər
İranın Eştehard şəhərində ağır yol qəzasında beyin ölümü keçirmiş 15 yaşlı Seyyid Səid Hüseyni adlı yeniyetmənin valideynləri onun orqanlarını ehtiyacı olan 12 xəstəyə bağışlayıblar.
