...

Korluğun müalicəsində inqilabi kəşf

Maraqlı Materials 27 İyul 2012 16:44 (UTC +04:00)
ABŞ alimləri korluğu sağaltmaq üçün cəmi bir inyeksiyanın kifayət etdiyini iddia edirlər. Bunu siçanlar üzərində aparılan testin nəticələri göstərir.
Korluğun müalicəsində inqilabi kəşf

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir X.Murtuzayeva/

ABŞ alimləri korluğu sağaltmaq üçün cəmi bir inyeksiyanın kifayət etdiyini iddia edirlər. Bunu siçanlar üzərində aparılan testin nəticələri göstərir. Mütəxəssislərin sözlərinə görə, inyeksiya irsi, yaxud yaşla əlaqədar yaranmış korluqdan əziyyət çəkənlər üçün əsl xilas yolu olacaq. Bu barədə Trend Britaniyanın "The Telegraph" qəzetinə istinadən məlumat verir.

Söhbət orqanizmə AAQ birləşməsinin yeridilməsindən gedir. Belə ki, bu birləşmə gözün torlu qişasının hüceyrələrinin həssaslığını bərpa edir. AAQ-nin səmərəsi doğulandan dərhal sonra kor olan gəmiricilər üzərində sınaqdan keçirilib. Kiçik dozada birləşmənin birbaşa gözə yeridilməsindən sonra alimlər heyvanlarda işığa qarşı həssaslığın müəyyən dərəcədə bərpa olunduğunu müşahidə etdiklərini (göz bəbəkləri işıqdan daralır və heyvanlar işıqdan çəkinirlər) təsdiqləyiblər.

Tədqiqatın rəhbəri, Kaliforniya Uiniversitetinin professoru Riçard Kramerin sözlərinə görə, bu inyeksiyanın korluğun başqa müalicə texnologiyaları ilə müqayisədə aşkar üstünükləri mövcuddur. Əvvəla, onun tətbiqi zamanı dozanı dəyişmək mümkündür. İkincisi, onu başqa müalicə növləri ilə kombinə etmək mümkündür. Əgər nəticə xoşa gəlməzsə, müalicə sadəcə dayandırılır. Üstəgəl, daim yeni preparatlar yaradılır. İmplantat isə bir dəfə və həmişəlik qoyulur.

Xəbər lenti

Xəbər lenti