...

İnsan ovlayan bəbir həyəcanı

Maraqlı Materials 5 Noyabr 2012 11:19 (UTC +04:00)
Nepalda çoxu uşaq olmaqla 15 nəfəri öldürən bəbirin başına mükafat qoyulub. Bu barədə Trend Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir.
İnsan ovlayan bəbir həyəcanı

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Nepalda çoxu uşaq olmaqla 15 nəfəri öldürən bəbirin başına mükafat qoyulub. Bu barədə Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir.

Nepalın qərbindəki Baytadi bölgəsində 15 ayda 15 insanın ölümünə səbəb olan bəbirin başına mükafat qoyulub.

Hökumət sonuncu dəfə 4 yaşında bir oğlan uşağın öldürən vəhşi heyvanı ölü və ya diri gətirənə 300 dollar mükafat verilməsini qərara alıb.

Qeyd edək ki, bəbirin ovu olan 15 nəfərdən 2/3-sinin 10 yaşına çatmamış olduğu diqqəti cəlb edib. Buna baxmayaraq, polis ölüm hallarına səbəb olan heyvanın yalnız bu bəbir olduğuna şübhə etmir.

Beynəlxalq Parklar və Vəhşi Təbiət Fondunun nümayəndəsi Maheşvor Dakal bəbirin insanlara bu hücumlarını inanılmaz hesab edir. Onun sözlərinə görə, insan əti normal heyvanlara görə duzludur və bunu bir dəfə dadan bəbir kimi vəhşi heyvanlar bir daha onunla qidalanmırlar. Dakal hadisəni daha yaxşı araşdırmaq üçün bölgəyə baytarların göndərildiyini bildirib. O, vəhşi heyvanların öldürülməsinin qadağan olmasına baxmayaraq, insan ətinə dadanmış bu bəbiri öldürməkdən başqa çıxış yolunun qalmadığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti