...

Kök olmaq, saqqız çeynəmək, ölmək hansı ölkələrdə qadağandır?

Maraqlı Materials 5 Mart 2013 12:07 (UTC +04:00)
Norveçdə yerləşən Lonqyirbyen qəsəbəsində ölmək qeyri-qanunidir.Buna səbəb qütbdəki daimi donmuş torpaqlarda cəsədlərin çürüməməsidir.70 ildir ki, qəsəbənin qəbiristanlığında yeni ölü dəfn edilməyib. Trend xəbər verir ki, Sinqapurda saqqız çeynəmək 1992-ci ildən qadağandır.
Kök olmaq, saqqız çeynəmək, ölmək hansı ölkələrdə qadağandır?

Azərbaycan, Bakı, 5 mart /Trend/

Norveçdə yerləşən Lonqyirbyen qəsəbəsində ölmək qeyri-qanunidir. Buna səbəb qütbdəki daimi donmuş torpaqlarda cəsədlərin çürüməməsidir. 70 ildir ki, qəsəbənin qəbiristanlığında yeni ölü dəfn edilməyib. Trend xəbər verir ki, Sinqapurda saqqız çeynəmək 1992-ci ildən qadağandır.

Durian adlı ekzotik meyvə Bruney, İndoneziya və Malaziya kimi ölkələrdə çox sevilir. Ancaq meyvəni avtobus, metro, otel və aeroportlarda yemək tamamilə qadağan edilib. Buna səbəb kimi meyvənin kəskin qoxusu göstərilir.

Danimarkada restoranlarda əhali özünü "doymuş" hesab etmirsə, onda yeməyin hesabını ödəməyə də bilər.

Britaniyada 1876-cı ildə qəbul edilən gömrük qanununa əsasən, gömrük işçilərini məhkəməyə vermək olmaz.

Yaponiyada kök olmaq qadağandır. Dünyada ən az piy göstəricisinə malik ölkə olmalarına baxmayaraq, Yaponiya daha da irəliyə gedərək kökəlməyə qarşı sərt qanunlar qəbul edib. Burada 40 yaşından aşağı olan hər bir kişinin bel ölçüsü 80 sm, qadınınki isə 90 sm-i keçə bilməz.

Tailandda evdən alt paltarı geyinməmiş çıxmaq, köynək geyməmiş avtomobil sürmək, milli valyutanı tapdalamaq qadağandır. Bundan əlavə, ölkə kralını təhqir edənləri isə 15 ilə yaxın həbs cəzası gözləyir.

Danimarkada hər dəfə avtomobili işə salmazdan qabaq mütləq sürücülər avtomobilin altında uşaq olub-olmadığını yoxlamalıdır. Bu ölkədə, həmçinin həbsdən qaçmaq qanuna zidd deyil.

Dünyanın müxtəlif yerlərində içki içməklə bağlı çoxlu qəribə qanunlar var. Məsələn, Sent-Luizdə şəhər küçələrində oturub pivə içmək olmaz, Çikaqoda isə şəhərin istənilən yerində ayaq üstə içki içən şəxs həbs edilə bilər. Klivlenddə isə bir nəfərdən artıq adam viski şüşəsindən içki içə bilməz.

Kolumbiyanın paytaxtı Boqotada "Atını və eşşəyini təhvil ver, maşın götür" kampaniyasına start verilib. Layihənin məqsədi şəhəri iribaş heyvanlardan təmizləməkdir. Məlumata görə, şəhər rəsmiləri heyvan sahiblərinə yeni avtomobil, pul verir və ya biznes fəaliyyəti üçün onlara imkanlar yaradırlar. Yaşlılar və xəstələr üçün nəzərdə tutulan xüsusi bir varianta görə isə bu şəxslərin yaşadıqları ev təmir olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti