...

Cənubi Afrikada 25,5 karatlıq nadir mavi almaz tapılıb

Maraqlı Materials 18 Aprel 2013 12:42 (UTC +04:00)
Cənubi Afrika Respublikasında (CAR) 25,5 karatlıq nadir mavi almazın tapıldığı elan edilib. Bu qiymətli süxur "Petra Diamonds" şirkətinin Kullinan almaz mədənində aşkar edilib.
Cənubi Afrikada 25,5 karatlıq nadir mavi almaz tapılıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Cənubi Afrika Respublikasında (CAR) 25,5 karatlıq nadir mavi almazın tapıldığı elan edilib. Bu qiymətli süxur "Petra Diamonds" şirkətinin Kullinan almaz mədənində aşkar edilib. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli KİV-ə istinadən xəbər verir. Uğurlu tapıntı barədə xəbərlərdən sonra şirkətin səhmləri 5 faiz artıb.

Qeyd edək ki, mavi almazlar ən nadir və qiymətli almaz növüdür. Kullinan mədəni isə onların ən məşhur istehsalçısıdır. Tarixdə 3106 karat çəkiyə malik ən iri almaz da bu mədənə məxsusdur. O, 1905-ci ildə hasil olunub. Sonralar ondan "Böyük Afrika ulduzu " və "İkinci Afrika ulduzu adlı iki böyük brilyant hazırlanıb. Həmin brilyantlardan isə sonralar İngiltərə kralı VII Eduardın əsasının və Britaniya imperiyasının tacının bəzədilməsində istifadə olunub.

Cilalandıqdan sonra yeddi karatlıq brilyanta çevrilən 26,6 karatlıq unikal mavi almaz da məhz burada tapılıb. Brilyant 2009-cu ildə Nyu-Yorkun "Sotheby's" hərracında 9,49 milyon dollara satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti