...

"Ded Hasan"ın qətlinin təşkilatçıları müəyyənləşib

Maraqlı Materials 16 İyul 2013 15:04 (UTC +04:00)
İtaliya polisi "Ded Hasan" ləqəbli kriminal avtoritet Aslan Usoyanın qətli ilə bağlı işin araşdırılmasında rusiyalı həmkarlarına kömək etməyə hazır olduğunu bildirib.
"Ded Hasan"ın qətlinin təşkilatçıları müəyyənləşib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

İtaliya polisi "Ded Hasan" ləqəbli kriminal avtoritet Aslan Usoyanın qətli ilə bağlı işin araşdırılmasında rusiyalı həmkarlarına kömək etməyə hazır olduğunu bildirib.

Trend-in çərşənbə axşamı Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İtaliya polisində Usoyanı qətlə yetirməyi müzakirə edən iki "qanuni oğru"nun səs yazısı var.

Səs yazısı 2012-ci il sentyabrın 18-də Romada yazılıb. Həmin iki kriminal avtoritet isə Merab Canqveladze (Merab Suxumski) və Tariel Oniani (Taro) olub.

Həmin vaxt Romada "sxodka" (oğru toplantısı) keçirən Merab Rusiyada həbsdə olan Taro ilə telefon əlaqəsi saxlayıb. Onlar münaqişə etdikləri Usoyanın gələcək taleyini müzakirə ediblər. Taro bu məsələdə konkret danışıb: "Onu aradan qaldırın və bütün problemlər yox olacaq".

İtaliya polisi hesab edir ki, məhz bu söhbətdən sonra "Ded Hasan"a ölüm hökmü çıxarılıb. Bundan əlavə, 2013-cü ilin yanvar ayında polislər Taro və Merabın daha bir telefon söhbətini qeydə alıblar. Bu zaman onlar baş tutmuş qətli sevinərək müzakirə edirlər.

Rusiya Daxili İşlər Nazirliyi (DİN) isə bəyan edib ki, həmin səs yazıları istintaqa kömək edə bilməz. DİN-dən bildiriblər ki, istintaq çox ləng gedir və çox güman ki, yaxın vaxtlarda Usoyanın qətli ilə bağlı iş tamamilə dayandırılacaq. Səbəb isə cinayət məsuliyyətinə cəlb ediləcək şəxsin mövcud olmamasıdır.

Xatırladaq ki, "Ded Hasan" 2013-cü il yanvarın 16-da Moskvada güllələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti