...

Ən güclü ulduz partlayışı müşahidə edilib (FOTO)

Maraqlı Materials 22 Noyabr 2013 12:53 (UTC +04:00)
Elm adamları Yer kürəsinin yaxınlığında olsa, planetimizi tamamilə məhv edə biləcək gücdə olan qamma şüası partlayışını müşahidə ediblər.
Ən güclü ulduz partlayışı müşahidə edilib (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Elm adamları Yer kürəsinin yaxınlığında olsa, planetimizi tamamilə məhv edə biləcək gücdə olan qamma şüası partlayışını müşahidə ediblər.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölən bir ulduzdakı partlayış səbəbi ilə daha əvvəl belə parlaq və yüksək enerjiyə sahib işıq görülməyib.

Dünyadan 3,6 milyard işıq ili uzaqlıqda (1 işıq ili 10 trilyon km-dir) baş verən "GRB 130427A" adlı "kosmik qiyamət" ilk dəfə 27 apreldə təsbit edilib.

"GRB 130427A"-nın ən az 97 milyard elektron volt enerji ortaya çıxaran bir qamma şüası partlaması olduğu ifadə edilir. Başqa sözlə, bildiyimiz işıq enerjisindən 35 milyard dəfə çox enerji deməkdir.

Vaşinqtondakı NASA alimi Paul Hertz deyib: "Belə bir şeyi yüz ildə bir, uzağı iki dəfə görə bilərik. Bu partlayışı təsbit edəcək həssaslıqda teleskoplarımız olduğuna görə şanslıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti