Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Günəşdə güclü partlayışlar baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayışlar Günəş ləkələri yaxınlığında qeydə alınıb. Ləkələrin həcmi alimləri narahat edib. Belə ki, 2008-ci ildən bu böyüklükdə Günəş ləkələri müşahidə olunmamışdı.
NASA-nın məlumatına görə, Günəşdəki partlayışıar Yerin maqnit sahəsinə nəzərəçarpacaq təsir edə bilər. NASA-nın mütəxəssislərinin sözlərinə əsasən, yaxın günlərdə Günəşdə partlayışlar təkrarlana bilər: "Bunun bütün dünyada rabitə ilə bağlı problemlər yaratma ehtimalı var".
Qeyd edək ki, oktyabrda Günəşdə tapılan iri ləkəyə "AR 21912" adı verilmişdi.