...

Köçəri quşların dəstə rəhbəri tez-tez dəyişir

Maraqlı Materials 5 Fevral 2015 16:22 (UTC +04:00)
Köçəri quşları araşdıran elm adamları dəstəyə rəhbərlik edən quşların bu vəzifəni başqa bir quşa ötürdüyünü aşkar ediblər.
Köçəri quşların dəstə rəhbəri tez-tez dəyişir

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Köçəri quşları araşdıran elm adamları dəstəyə rəhbərlik edən quşların bu vəzifəni başqa bir quşa ötürdüyünü aşkar ediblər.

Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata görə, araşdırmanı aparmış İngiltərə, Almaniya və Avstraliyadan ibarət mütəxəssislər deyiblər ki, dəstə rəhbəri yorulanda başçılığı başqa quşa həvalə edir.

Sıra ilə liderlik edən quşların hər biri "V" formasındakı dəstədə özündən arxadakı quşlar üçün yaratdığı uçmağı asanlaşdıran təsirdən faydalanır.

Hər bir quşun öndə keçirdiyi vaxtla başqa bir quşu təqib etdiyi zaman arasında konkret əlaqənin olduğu ortaya çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti