Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Tural Turan/
Yaponiyada "pişik adası" tapılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən adada nə mehmanxana, nə restoran, nə avtomobil var. Yalnız 22 nəfər yaşayır, onlar da əsasən pensiyaçılardır. Amma bu adada həmişə turistlər gəzirlər. Bəs onları buraya nə cəlb edir? Pişiklər!
Məsələ burasındadır ki, Aoşima adasında pişiklərin sayı insanların sayından dəfələrlə çoxdur.
Pişiklər turistlərin verdiyi yeməklərdən yeyib doya bilmirlər.