...

Gələcəyi yaxınlaşdırmağın yolları

Maraqlı Materials 7 May 2015 00:31 (UTC +04:00)
Gələcək məqsədlərinizə doğru özünüzü motivasiya etməkdə probleminiz var? Sizin məqsədinizin reallaşması hələ 20 ildən sonra baş verə bilər?
Gələcəyi yaxınlaşdırmağın yolları

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Elçin Mehdiyev/

Gələcək məqsədlərinizə doğru özünüzü motivasiya etməkdə probleminiz var? Sizin məqsədinizin reallaşması hələ 20 ildən sonra baş verə bilər?

Trend xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, vaxt haqqında düşüncəni dəyişməklə bu maneəyə qalib gəlmək olar.

Bunun üçün vaxtı daha kiçik hissələrə bölün. Misal üçün, əgər 3 ay ərzində görəcəyiniz işiniz varsa, onu 90 gün kimi nəzərdə tutun və ya 3 gün ərzində tamamlamalı olduğunuz bir layihəniz varsa, özünüzə 72 saat vaxt qoyun.

Cənubi Kaliforniya Universitetinin alimlərinin apardığı araşdırmalar nəticəsində müəyyən olunub ki, vaxtı daha kiçik hissələrə ayırmaq (vaxtın nə qədər uzun və ya qısa olmasının əhəmiyyəti yoxdur) gələcəyi yaxınlaşdırmağa imkan verir.

Araşdırmanın müəlliflərindən olan psixoloq Dafna Oyserman bildirib ki, insanlar fikirlərini daha çox hazırkı məqsədlərinə yönəldirlər: "İnsanlar diqqətini əsasən hazırkı vaxta cəmləşdirirlər, lakin gələcək zaman diqqətdən kənarda qalır, halbuki ona diqqət ayırmaq faydalı olardı".

Digər bir eksperimentdə isə 1100 iştirakçıdan onların nə vaxt təqaüd üçün və ya uşaqlarının ali məktəbdə təhsili üçün pul yığmağa başlayacaqları soruşulub. Bəzi iştirakçılar bildirib ki, onlar 30 və ya 40 ildən sonra təqaüdə çıxacaqlar; digərləri isə bildirib ki, onların iş həyatı 10 950 və ya 14 600 gündən sonra bitir. Beləcə, bəzi iştirakçılara deyilib ki, onların uşaqlarının təhsili üçün pul 18 ildən sonra lazım olacaq; digərlərinə isə bildirilib ki, onlara bu pul 6 570 gündən sonra lazım olacaq.

Nəticə: bu vaxtı günlərlə nəzərə alan insanlar uşaqlarının təhsil haqqı və ya təqaüdləri üçün pulu bu vaxtı illərlə nəzərə alanlardan dörd dəfə tez yığmağa başlayırlar.

Bu araşdırmanın nəticələri xüsusən uzun müddətli planları optimallaşdırmaq üçün çox faydalı ola bilər.

Əgər siz yenicə öz karyeranıza başlamısınızsa, çox güman ki, təqüdə çıxmaq sizing üçün çox uzaqda görünür. Lakin iş həyatınızın qurtarmasına 15,000 gün qaldığını düşünsəniz, bu sizə indidən pul yığmağa kömək edər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti