...

102 yaşında doktorluq işini müdafiə etdi

Maraqlı Materials 21 May 2015 03:13 (UTC +04:00)
Almaniyada yaşayan 102 yaşlı İnqeborq Rapoport adlı qadın nəhayət ki, 77 il öncə yazdığı doktorluq işini müdafiə edə bilib.
102 yaşında doktorluq işini müdafiə etdi

Azərbaycan, Bakı, 21 may /Trend/

Almaniyada yaşayan 102 yaşlı İnqeborq Rapoport adlı qadın nəhayət ki, 77 il öncə yazdığı doktorluq işini müdafiə edə bilib.

Trend-in məlumatına görə, İ.Rapoport özünün dünyada doktorluq dərəcəsi alan ən yaşlı qadın olduğunu bildirib.

İ.Rapoport öz doktorluq işini 1938-ci ildə Hamburq Universitetində təhsil alarkən yazıb. Lakin Almaniyadakı Hilter diktaturası İ.Rapoportun anası yəhudi olduğu üçün onun doktorluq işindən imtina edib.

Lakin Hamburq Universiteti bu yaxınlarda İ.Rapoporta öz işini müdafiə etmək üçün ikinci şans yaradıb və o öz işini uğurla müdafiə edə bilib. İ.Rapoport doktorluq dərəcəsi almasına çox sevinib və bu an üçün onilliklər boyu həsrətlə gözlədiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti