Azərbaycan, Bakı, 10 avqust /Trend/
Fransanın Burqundiya regionunun "Richebourg Grand Cru", "en Cote des Nuits" şərabı avqust ayı üçün dünyanın ən bahalı şərabı olub. Trend İnterfaks agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı ixtisaslaşdırılmış "Wine Searcher" saytının araşdırmasının nəticələrinə əsasən məlumat verir.
Bu şərabın bir şüşəsinin qiyməti təqribən 15 min dollardır.
Məlumatda bildirilir ki, reytinqdə Burqundiya şərabları üstünlük təşkil edir. Bununla belə, ilk üç yerin sahibi də bu regionun şərablarıdır.
Siyahı dünyanın 50 mindən çox mağazasında satılan şərabların qiyməti əsasında tərtib edilib.