Azərbaycan, Bakı, 10 avqust /Trend/
İngiltərədə 9 itə qarşılarındakı insanları qoxlayaraq onlarda böyrək, sidik kisəsi və prostat şişlərinin olub-olmadığını müəyyənləşdirmək üçün təlim keçilib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 6 aylıq təlimdən keçən itlərin xərçəng xəstəliyinə tutulan insanları müəyyənləşdirmək ehtimalı 93 faizdir.
İtlər xərçəng xəstələri qarşısında oturub gözləyirlər, sağlam insanların isə önündən dayanmadan keçirlər.