...

Pişikkimilər 40 növ it nəslinin kəsilməsinə səbəb olub

Maraqlı Materials 16 Avqust 2015 09:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Daşlaşmış heyvan qalıqlarının tədqiq edilməsi nəticəsində məlum olub ki, pişikkimilər dəstəsinin nümayəndələri nəinki sağ qalmağa daha çox uyğunlaşıb, həmçinin təqribən 40 növ it nəslinin kəsilməsinə səbəb olub.

Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə isveçrəli alimlərin "PNAS" jurnalında dərc olunan məqaləsinə istinadən "The Independent" qəzeti yazır.

Məqalədə deyilir ki, təkamül baxımından pişiklərin uyğunlaşma qabiliyyəti itlərdən daha yaxşı olub. 2 min daşlaşmış heyvan qalıqlarının üzərində aparılan araşdırmaların nəticəsi göstərib ki, pişikkimilər dəstəsi itlərlə müqayisədə daha yaxşı sağ qalmaq qabiliyyəti nümayiş etdirib. Məhz pişikkimilər Şimali Amerikada 40 növ it nəslinin kəsilməsinə səbəb olub.

Bununla yanaşı, alimlər tərəfindən itlərə görə hər hansı pişik növünün nəslinin kəsilməsi ilə bağlı dəlil aşkar edilməyib.

Təcrübəyə başçılıq edən Lozanna Universitetinin doktoru Deniel Silvestro bildirib ki, adətən iqlim dəyişikliklərinin növlərin təkamülünə səbəb olduğunu düşünürük, lakin itlərlə münasibətdə əsas rolu yırtıcıların müxtəlif növləri arasındakı rəqabət oynayıb.

Alim əlavə edib ki, pişiklərin itlər üzərində üstünlüyünün səbəbləri məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti