...

Həkimlər ən “şəfaverici” heyvanların adlarını açıqladılar (FOTO)

Maraqlı Materials 18 Avqust 2015 10:20 (UTC +04:00)
Həkimlər insan sağlamlığına müsbət təsir göstərən heyvanları müəyyənləşdiriblər. Siyahıda pişiklər, itlər, atlar, arılar və ilanlar yer alıb.
Həkimlər ən “şəfaverici” heyvanların adlarını açıqladılar (FOTO)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Həkimlər insan sağlamlığına müsbət təsir göstərən heyvanları müəyyənləşdiriblər. Siyahıda pişiklər, itlər, atlar, arılar və ilanlar yer alıb. Mütəxəssislər bildirib ki, bu heyvanlar insanları diabet, parkinson və demensiya xəstəliyinin simptomlarından xilas edə bilər. Trend-in "Korrespondent.net" saytında istinadən verdiyi məlumata əsasən, bu barədə "Federal Press World News" nəşri xəbər yayıb.

Ən müalicəvi heyvanlar pişiklər olub. Alimlər qeyd edib ki, insanlar onları sığallayanda ovuclarda xüsusi yerlər stimulyasiya olunur, bu heyvanların ən aşağı səs tezliyi diapazonunda olan mırıltısı isə sinir sisteminə müsbət təsir göstərir. Pişiklər insanları nevroz, depressiya və əqli xəstəliklərdən xilas edir.

İkincilik itlərdədir. İnsanlar bu heyvanlar sayəsində daha çox hərəkət edirlər ki, bu da ürək-damar sistemini möhkəmlədir. Bundan başqa, itlərin tüpürcəyi baktersid xüsusiyyətə malikdir. Buna görə "ən vəfalı" heyvanların insanları yalaması kəskin respirator xəstəliklərə yoluxma riskini azaldır.

"TOP-5"-ə arılar və ilanlar da düşüb. Arılar istehsal etdikləri balın müalicəvi xüsusiyyətlərinə görə siyahıda yer alıblar. Bununla yanaşı, arı sancması revmatizm zamanı kömək olur. İlan zəhəri isə vena, damar, ağrıların aradan qaldırılmasının müalicəsi üçün nəzərdə tutulmuş bir çox preparatın tərkibinə daxil edilib.

Ümumilikdə insan sevimli ev heyvanını sığallayanda oskitosin - "sevgi hormonu" ifraz edir ki, bu da stressi aradan qaldırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti