...

Astrofiziklər “kosmik kəpənəyin” yeni şəklini əldə edib (FOTO)

Maraqlı Materials 27 Avqust 2015 11:09 (UTC +04:00)
Astrofiziklər “Habbl” teleskopu vasitəsilə M2-9 planetar bipolyar dumanlığın – “kosmik kəpənəyin” yeni şəklini əldə edib.
Astrofiziklər “kosmik kəpənəyin” yeni şəklini əldə edib (FOTO)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Astrofiziklər "Habbl" teleskopu vasitəsilə M2-9 planetar bipolyar dumanlığın - "kosmik kəpənəyin" yeni şəklini əldə edib. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə teleskopun saytında xəbər yayılıb.

Yerdən 2 min işıq ili uzaqlıqda yerləşən dumanlığı 1947-ci ildə astronom Rudolf Minkovski kəşf edib.

Dumanlığın mərkəzində 2 ulduz - köhnə nəhəng göy cismi və ağ cırtdan yerləşir. Ulduzlar hərəkətləri zamanı ətrafa qaz materiyası atır ki, bu da "qanadları" əmələ gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti