...

Tarixi təqvim - I Dünya Müharibəsi başa çatdı, BMT TŞ işğal olunmuş rayonlardan erməni qoşunlarının çıxarılmasını tələb etdi…

Maraqlı Materials 11 Noyabr 2015 11:22 (UTC +04:00)
Trend “Tarixi təqvim” rubrikasında 11 noyabr tarixində dünyada və Azərbaycanda baş verən mühüm hadisələri oxuculara təqdim edir.
Tarixi təqvim - I Dünya Müharibəsi başa çatdı, BMT TŞ işğal olunmuş rayonlardan erməni qoşunlarının çıxarılmasını tələb etdi…

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Azər Niftiyev/

Trend "Tarixi təqvim" rubrikasında 11 noyabr tarixində dünyada və Azərbaycanda baş verən mühüm hadisələri oxuculara təqdim edir.

1480-ci ilin bu günü Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə başa çatıb. Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş məhz bu gündə yekunlaşıb.

ABŞ-ın paytaxtı Vaşinqton 1889-cu il noyabr ayının 11-də Birləşmiş Ştatların 42-ci ştatı olub.

Birinci Dünya Müharibəsi 1918-ci ilin bu günündə başa çatıb. Bununla bəşəriyyət daha bir qanlı fəlakətdən qurtula bilib.

1938-ci ilin bu günündə İsmət İnönü Türkiyənin ikinci prezidenti seçilib. Mustafa Kamal Atatürkün davamçılarından sayılan İnönü 12 il qardaş ölkəyə rəhbərlik edib.

1942-ci ilin bu təqvimində müttəfiqlər tərəfindən Şimali Afrikada hərbi cəbhənin açılmasına cavab olaraq Faşist Almaniyası Fransanın cənub hissəsini işğal edib.

1973-cü ilin bu günündə Misir və İsrail arasında sülh müqaviləsi imzalanıb. Eyni ildə İsrail ilə Suriya arasında da atəşkəs əldə olunub.

11 noyabr təqvimi ölkəmiz üçün də mühüm hadisələrlə tarixə düşüb.

1948-ci ilin bu günündə Mingəçevir rəsmi olaraq şəhər status alıb.

1993-cü ilin 11 noyabrında BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnamə qəbul edib.

Məşhur rus yazıçısı Fyodor Dostoyevski, məşhur türk aktyoru - "Şaban" kimi tanıdığımız Kamal Sunal, dünya şöhrətli aktyor Leonardo Di Kaprio, Azərbaycanın xalq artisti İslam Rzayev, yazıçı Balaş Azəroğlu 11 noyabr tarixində dünyaya gəliblər.

Fələstin muxtariyyətinin prezidenti Yasir Ərəfat, aktyor İsmayıl Hidayətzadə isə 11 noyabrda vəfat ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti