Leonardo Di Kaprio illərlə gözlədiyi "Oskar"ı restoranda unudub

Maraqlı Materials 1 Mart 2016 17:34 (UTC +04:00)
5 dəfə namizədliyi irəli sürülsə də, Leonardo Di Kaprio yalnız altıncı dəfə Amerika Kino Akademiyasının "Oskar" mükafatına layiq görülüb.
Leonardo Di Kaprio illərlə gözlədiyi "Oskar"ı restoranda unudub

Bakı. Trend:

5 dəfə namizədliyi irəli sürülsə də, Leonardo Di Kaprio yalnız altıncı dəfə Amerika Kino Akademiyasının "Oskar" mükafatına layiq görülüb. Və bu qədər çox gözlədiyi mükafatı alması münasibətilə düzənlədiyi məclisdən sonra Hollivud ulduzu "Oskar"ın heykəlini restoranda unudub gedib. Bu barədə TMZ saytına istinadən TASS xəbər verib.

Qeyd edilir ki, aktyor Qərbi Hollivud restoranlarından birində məclis təşkil edibmiş.

Xatırladaq ki, aktyor "Sağ qalmış" filminə görə "Ən yaxşı aktyor" nominasiyasında bu mükafata layiq görülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti