...

Tanınmış futbolçunun atası Ankaradakı terror aktında həlak olub

Maraqlı Materials 14 Mart 2016 14:35 (UTC +04:00)
Türkiyənin Qalatasaray futbol komandasının oyunçusu Ümid Buludun atası Kamal Bulud Ankarada törədilən partlayış nəticəsində həlak olub.
Tanınmış futbolçunun atası Ankaradakı terror aktında həlak olub

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Qalatasaray futbol komandasının oyunçusu Ümid Buludun atası Kamal Bulud Ankarada törədilən partlayış nəticəsində həlak olub. Bu barədə Trend Türkiyənin HaberTürk qəzetinə istinadən məlumat verir.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti