...

"Kinder sürpriz"dən narkotik çıxdı

Maraqlı Materials 2 İyun 2016 13:04
Şimali İrlandiyanın Limavadi şəhərinin 5 yaşlı sakini "Kinder sürpriz" şokolad yumurtasında narkotik aşkar edib.
"Kinder sürpriz"dən narkotik çıxdı

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Şimali İrlandiyanın Limavadi şəhərinin 5 yaşlı sakini "Kinder sürpriz" şokolad yumurtasında narkotik aşkar edib. Bu barədə Trend "The Telegraph" qəzetinə istinadən xəbər verir.

Uşaq yumurtanı açarkən oyuncaq əvəzinə icərisində paketdə ağ toz olan plastik konteyner aşkarlayıb. Uşaq naməlum "sürpizi" atasına verib, o isə polisə müraciət edib.

Böyük Britaniyanın hüquq-müfahizə orqanları istintaqa başlayıblar. Aşkarlanmış ağ toz isə metamfetamin narkotiki olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti