...

Sürücülər üçün zəngli papaq yaradılıb - Özəlliyi?

Maraqlı Materials 12 Noyabr 2017 13:24 (UTC +04:00)
“Ford” şirkəti tərəfindən sürücülər üçün zəngli papaq yaradılıb.
Sürücülər üçün zəngli papaq yaradılıb - Özəlliyi?

Bakı. Trend:

“Ford” şirkəti tərəfindən sürücülər üçün zəngli papaq yaradılıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, xüsusi papağa sürücü “mürgüləyən” və ya artıq yuxuya gedən zaman avtomatik işə düşən zəngli saat quraşdırılıb.

İxtiraçılar beyzbol papağına nəzarətçi, akselerometr, qiroskop və parlaq işıq diodu quraşdırıblar. Sürücü yuxuya gedən kimi, onun başı həmişəkindən aşağı enir. Bu zaman işə düşən ötürücülər məlumatı dərhal emal edərək səs siqnalı verir və parlaq fənər sürücünün üzünə işıq saçır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti