...

Kapitulyasiya nədir?

Maraqlı Materials 12 Fevral 2022 10:48 (UTC +04:00)

Bakı. Trend:

Kapitulyasiya sözü latınca "şərtlər, fəsillər, maddələr" mənasını verən "kapitula" (lat. capitulare) sözündən götürülmüş və "təslim olmaq" mənası verir.

Trend xəbər verir ki, tarixdə ilk kapitulyasiya müqaviləsi 1453-cü ildə Genuya Respublikası ilə Osmanlı imperiyası arasında imzalanıb.

Bu termin daha çox hərbi toqquşmalarla bağlı istifadə olunur. Kapitulyasiya hərbi əməliyyatların müəyyən şərtlərlə dayandırılması zamanı istifadə olunur. Belə ki, Kapitulyasiya – hərbi əməliyyatların o mərhələdə dayandırılması deməkdir ki, məğlub tərəf qalib tərəfin bütün şərtlərini yerinə yetirməyə razı olur.

Siyasi ədəbiyyatda Kapitulyasiya sözü (Kapitulation) – hərbi əməliyyatlar zamanı məğlub tərəfin silahını təhvil verməsi, qalib tərəfin şərtlərini qəbul etməsi deməkdir. 1907- ci ildə qəbul edilən Haaqa konvensiyasi kapitulyasiyadan əvvəlki mərhələdə başlayan danışıqların mümkün qaydalarını tənzimləyir.

Kapitulyasiya aktı - Müharibə aparan tərəflər arasında kapitulyasiyadan sonra imzalanan sənəd isə kapitulyasiya aktı adlanır. Kapitulyasiya aktı müharibə aparan tərəflər arasında bağlanan müqavilədir və bu müqavilədə qalib tərəfin tələb etdiyi bütün şərtlər məğlub olan tərəfdən qəbul olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti