...

"TikTok"da da artıq bunu etmək mümkündür (FOTO)

Maraqlı Materials 25 İyul 2023 11:00 (UTC +04:00)
"TikTok"da da artıq bunu etmək mümkündür (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Video paylaşma tətbiqi olan "TikTok"da artıq yalnız mətndən ibarət postlar da paylaşmaq mümkün olacaq.

Trend xəbər verir ki, tətbiqdə mikrobloq formatına uyğun məzmun paylaşmağa imkan verən yeni xüsusiyyət əlavə olunub.

Artıq "TikTok" istifadəçiləri video və fotoşəkillərlə yanaşı yalnız mətnlərdən ibarət postlar da paylaşa biləcəklər.

Mətn postları Instagram hekayələrindəki paylaşımlara bənzər şəkildə olacaq: arxa fon rəngi, yazı üslubu, musiqi və etiketlər tənzimlənə biləcək. Postlar min işarə ilə məhdudlaşacaq.

Qeyd edək ki, "TikTok" Çinin "ByteDance Ltd." şirkəti tərəfindən hazırlanmış onlayn video paylaşma sosial şəbəkə xidmətidir.

2020-ci ildə TikTok dünyada ən çox yüklənilən tətbiq olub. 2021-ci ildə isə yüklənmə sayı 3 milyardı keçməklə dünyada "Meta"nın sahib olmadığı tətbiqlər arasında yüklənmə sayı 3 milyardı ötən ilk tətbiq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti