Bakı. Trend:
"Çelsi"nin hücumçusu Nikolas Cekson yayda komandadan ayrıla bilər.
Trend xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Madridin "Atletiko" klubu seneqallı forvardın transferi ilə maraqlanır və yay transfer pəncərəsində "Çelsi"yə rəsmi təklif göndərməyi planlaşdırır. 23 yaşlı hücumçu ilə İngiltərə Premyer Liqası klublarından "Aston Villa" və "Nyukasl" da maraqlanır.
Qeyd edək ki, Nikolas Cekson 2023-cü ilin yayında "Vilyarreal"dan "Çelsi"yə keçib. O, bu mövsüm London klubunun heyətində çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.