Bakı. Trend:
Uels Premyer Liqasının yarımpeşəkar "Barri Taun" klubunun futbolçusu Evan Press narkotik alverində təqsirli bilinərək məhkəmə qarşısına çıxıb.
Trend xəbər verir ki, Nyuport məhkəməsinin qərarına əsasən, 24 yaşlı yarımmüdafiəçi iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Press bu mövsüm "Barri Taun"un heyətində bütün oyunlarda iştirak edib və 33 matçın 19-da kapitan sarğısını daşıyıb. 2018-ci ildən klubun formasını geyinən futbolçu ümumilikdə 187 oyunda meydana çıxıb və 11 qol vurub.