...

Dövlət dumasının komitə sədri : Nizamlanmamış Ermənistan - Azərbaycan münaqişəsinin mövcudluğu Rusiya üçün çox neqativ haldır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2007 05:28 (UTC +04:00)

Rusiya, Moskva / Trend müxbir R. Ağayev/ Nizamlanmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Rusiya üçün çox neqativ haldır. Bunu Rusiya Dövlət duması təhlükəsizlik komitəsinin sədri Gennadi Qudkov cümə axşamı Trend ə müsahibəsində bildirib.

"Bu günə qədər nizamlanmamış, sönən, lakin istənilən zaman alovlanıb siyasi fazadan hərbi fazaya keçə biləcək qarabağ münaqişəsinin mövcudluğu Rusiya üçün də çox neqativ haldır" - deyə deputat bildirmişdir.

Qudkov deyib ki, "Azərbaycan və Ermənistan bizim yaxın çevrəmizdir, və biz bölgədə sabit və stabil sülhün bərqərar olunmasını istəyirik".

İki Cənub Qafqaz ölkələri arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı qaldırdığı torpaq iddiası ilə başlanıb. 1992 ildən Azərbaycanın 20 faiz torpağı - Dağlıq Qarabağ və yeddi ətraf rayon - Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994 ilin may ayında tərəflər arasında əldə olunan atəşkəs rejimindən bəri Rusiya, Fransa və ABŞ həmsədrliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində hələ ki, nəticəsiz olan sülh danışıqlar aparılır.

Rusiyalı parlamentari hesab edir ki, qarabağ münaqişəsi üzrə ağılabatan razılıqlar var ki, hansılar tərəfləri qane edə bilər. "Problem yalnız ondadır ki, münaqişə edən tərəflər bunu özləri etməli və daha realist yanaşma - minimum populizm və minimum ritorika, və müəyyən çıxış yolu təpmalıdırlar" - deyə Qudkov bildirib və qeyd edib ki, Rusiya razılıqların qarantı kimi çıxış etməyə hazırdır.

Duma deputatı müəyyən ərazilərin dəyişməsi ideyasının inkişaf tapmamasına təəssüf etdiyini bildirdi. "Azərbaycan bu gün Naxçıvanla bağlı çox çətin vəziyyətdədir, və əlbətdə ki, mümkün dəhliz haqqında fikirləşmək vacibdir" - Qudkov belə hesab edir.

Xəbər lenti

Xəbər lenti