...

Azərbaycan prezidenti ATƏT çərçivəsində danışıq prosesinin davam edilməsini dəstəkləyir (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2008 02:48 (UTC +04:00)
Azərbaycan prezidenti ATƏT çərçivəsində danışıq prosesinin davam edilməsini dəstəkləyir (video)

Azərbaycan, Bakı. 28 iyun. / Trend , müxbir M.Əliyev / Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin ATƏT prinsipləri əsasında həll olunması istiqamətində danışıqlar prosesinin davam edilməsini dəstəkləyir, və bu prosesin davam etməsinə və getdikcə gücləndirilməsinə ümüd edir. Bu barədə cümə günü Bakıda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza jurnalistlərə açıqlamasında bildirib.

Öz növbəsində fransalı həmsədr Bernar Fasye qeyd etdi ki, erməni-azərbaycan münaqişəsinin dinc yolu ilə həlli istiqamətdə heç bir yeni təlif yoxdur. Oun özlərnə görə, tərəflər indi Madrin müqaviləsi çərçivəsində işləyirlər.

"Mən müşahidə etdim ki, konstruktiv dialoq üçün imkanlar var. Biz Xankəndiyə səfər edəcəyik, orada olan fikirləri oyrənəcəyik. Əsası da biz Erevanın fikrini oyrənməliyik", Fasye dedi.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti