...

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım edə bilər – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2008 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir C.Babayeva/ Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov hesab edir ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərə bilər.

Ermənistanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedyev Yerevanda bəyan edib ki, yaxın vaxtlarda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilə bilər. Medvedyev bildirib ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər. "Yaxın vaxtlarda üç prezidentin görüşü olmalıdır. Bu görüş Rusiyda keçiriləcək", - deyə Rusiyanın dövlət başçısı bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

"Rusiya prezidentinin üçtərəfli görüş barədə dəvəti dünən hələ səsləndirilib. Azərbaycan və Ermənistan prezidentlərinin görüş üçün Rusiyaya gəlməyə razı olacaqlarını isə gözləmək qalır", - deyə Trend -a çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri İstratov bildirib.

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirəsi üçün Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli görüşün keçirilməsini mümkün hesab edir.

"Üçtərfli görüşlər əvvəllər də keçirilib və yeni görüşün keçirilməsi də mümkündür", - deyə dünən Trend -a Azərbaycan Prezidentinin İcra Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti