...

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Azərbaycana səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2008 20:17 (UTC +04:00)

Avstriya, Vyana, 06 noyabr/ Trend , müxbir A.Ələsgərov/ ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, ABŞ Dövlət Katibi müavininin köməkçisi Metyu Brayza noyabrın 13 -14 - də Azərbaycana səfər edəcək.

Brayza cümə axşamı Trend -a bildirib ki, onun səfərinin məqsədi Bakıda keçiriləcək IV Enerji Sammitində iştirak etməkdir.

Bakı sammitində əsas müzakirə məsələlərindən biri Xəzər neftini Mərkəzi Avropa ölkələrinə nəql etməli olan "Odessa-Brodı" neft kəməri ilə bağlı olacaq.

Bəzi dövlət başçıları Bakı Enerji Sammitinin işində iştiraka öz razılıqlarını veriblər. Onların arasında Gürcüstan prezidenti Mixail Saakaşvili, Polşa prezidenti Lex Kaçinski, Litva prezidenti Valdas Adamkus, Estoniya prezidenti Toomas-Hendrik İlves, Latviya prezidenti Valdas Zatlers, Rumıniya prezidenti Troyan Besesku və digərləri var.

Birinci enerji sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, ikincisi ötən ilin noyabrında Litvanın paytaxtında, üçüncü sammitsə, cari ilin mayında Kiyevdə keçirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti