...

Azərbaycan tərəfinə könüllü keçən erməni hərbçiləri dindirilmə zamanı Ermənistan ordusunda əsgərlərə işgəncə verildiyini etiraf ediblər - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2009 15:49 (UTC +04:00)
Azərbaycan tərəfinə könüllü keçən erməni hərbçiləri dindirilmə zamanı Ermənistan ordusunda əsgərlərə işgəncə verildiyini etiraf ediblər - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir K.Zərbalıyeva / Azərbaycan tərəfinə könüllü əsir düşmüş erməni hərbçiləri dindirilmə zamanı Ermənistan ordusunda əsgərlərə işgəncə verildiyini etiraf edib, - bazar ertəsi Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib.

Fevralın 28-də gecə saat 1-2 radələrində erməni hərbçiləri Ağdamın Evcidüzü adlanan ərazisində Azərbaycan tərəfinə əsir düşüb. Onlar Xocalıdan olan məcburi köçkün Zümrüd Əliyevanın evinin yaxınlığına gələrək rus dilində ondan çörək istəyiblər.

Əliyeva onların öz aralarında erməni dilində söhbət etdiklərini eşidib və bu barədə yaxınlıqdakı hərbi hissənin əsgərlərinə məlumat verib. Bundan sonra erməni hərbçiləri saxlanılıb.

Bunlar Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyandır.

Sabiroğlunun sözlərinə görə, erməni hərbçiləri dindirilmə zamanı bildirib ki, Ermənistan ordusunda vəziyyət dözülməz həddədir, əsgərlərə geyinməyə paltar, ayaqqabı verilmir, yatacaq yerləri qızdırılmır, soyuqdan müxtəlif xəstəliklərə düçar olurlar.

"Əsirlər onlara yemək verilmədiyini, ordunu pnevmaniya və digər ağır xəstəliklər bürüdüyünü, dərman çatışmazlığı olduğunu bildiriblər. Yoluxucu xətəliklər artdığından ölüm halları çoxalıb. Hətta valideynlərinin dərman almaq üçün göndərdikləri pulu da erməni zabitləri mənimsəyirlər", - Sabiroğlu əlavə edib.

Mətbuat xidmətinin rəisinin fikrincə, ordudakı dözülməz vəziyyət əsgərləri ya fərarilik etmək, ya da əsir düşmək məcburiyyətində qoyur. Sonuncu fakt da bu hadisənin məntiqi davamıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti