...

Xocalı soyqırımının 17-ci ildönümü Niderland Krallığında anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2009 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir A. Hüseynbala/  Azərbaycanın Xocalı şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın 17-ci ildönümü Niderland Krallığında anılıb.

"Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin təşkil etdiyi tədbirdə Almaniyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da iştirak edib", - bazar ertəsi Trend -a Azərbaycanın Niderland Krallığındakı səfirliyindən bildirilib.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Anım mərasiminə Azərbaycanı, Turkiyəni, İraqı, Yunanıstanı, Belçikanı, Niderlandı təmsil edən təşkilatlar və həmin ölkələrdə yaşayan soydaşlarımız da qatılıblar. Azərbaycanın Niderland Krallıgındakı səfiri Fuad İsgəndərov 1992-ci ildə Qarabağ ugrunda döyüslərdə istirak etdiyini deyib. Səfir Xocalı soyqırımının onun həyatında çox acılı və unudulmaz faciəli gün olduğunu söyləyib.

Səfirin sözlərinə görə, soydaşlarımızın vəhşicəsinə qətlə yetirildiyi o gecənin reallıqlarını gələcək nəsillərə catdırmaq üçün Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin vasitəçiliyi ilə Xocalı abidəsi ucaldılıb. "Avropada yaşayan azərbaycanlı valideyinlərin üzərinə düşən ən ümdə vəzifə böyüməkdə olan uşaqlarımıza erməni vəhşiliyini anlatmaqdır", - İsgəndərov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti