...

Azərbaycana könüllü əsir düşən erməni hərbçiləri Dağlıq Qarabağda və Ermənistanda yaşayan ermənilər arasında güclənən intriqanın orduda narazılıq yaratdığını bildiriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2009 10:47 (UTC +04:00)
Azərbaycana könüllü əsir düşən erməni hərbçiləri Dağlıq Qarabağda və Ermənistanda yaşayan ermənilər arasında güclənən intriqanın orduda narazılıq yaratdığını bildiriblər

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir C.Babayeva /  

Azərbaycan tərəfinə könüllü əsir düşən erməni hərbçiləri növbəti ifadələrində bildiriblər ki, Dağlıq Qarabağda yaşayan ermənilərlə Ermənistan erməniləri arasında güclənən intriqa ölkə hərbçilərinə mənfi təsir edir, cümə axşamı Trend -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Ermənilər arasında yaranan intriqa orduda ruh düşkünlüyü yaradıb və ona görə də erməni hərbçilər arasında narazılıq artıb", - məlumatda deyilir.

Trend -un arayışı:  Fevralın 28-də gecə saat 1-2 radələrində erməni hərbçiləri Ağdamın Evcidüzü adlanan ərazisində Azərbaycan tərəfinə əsir düşüblər. Onlar Xocalıdan olan məcburi köçkün Zümrüd Əliyevanın evinin yaxınlığına gələrək rus dilində ondan çörək istəyiblər.

Əliyeva onların öz aralarında erməni dilində söhbət etdiklərini eşidib və bu barədə yaxınlıqdakı hərbi hissənin əsgərlərinə məlumat verib. Bundan sonra erməni hərbçiləri saxlanılıb.

Bunlar Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyandır.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu öncə Trend -a bildirmişdi ki, erməni hərbçiləri Ermənistana deyil, üçüncü dövlətə keçmək istədiklərini ifadə ediblər. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti