...

Dağlıq Qarabağ problemi 2009-cu ilin sonuna qədər öz həllini tapacaq - Türkiyə Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2009 13:27 (UTC +04:00)
Dağlıq Qarabağ problemi 2009-cu ilin sonuna qədər öz həllini tapacaq - Türkiyə Prezidenti

Türkiyə Prezidenti Abdullah Gül Dağlıq Qarabağ probleminin 2009-cu ilin sonuna qədər öz həllini tapacağını bəyan edib. Bu haqda Türkyənin SONSAYFA internet portalı məlumat verib. 

"Qafqazda ən ciddi problem Dağlıq Qarabağ problemidir və hesab edirəm ki, bu problem 2009-cu ilin sonuna qədər öz həllini tapacaq", - deyə o bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti