...

Azərbaycan tərəfə könüllü əsir düşmüş erməni hərbçilərinin adları açıqlanıb (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2009 11:04 (UTC +04:00)
Azərbaycan tərəfə könüllü əsir düşmüş erməni hərbçilərinin adları açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisinin Azərbaycan tərəfinə əsir düşməsi ilə bağlı məlumatı olduğunu bildirib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şain Sailov bazar ertəsi Trend -a bildirib ki, erməni hərbçilərinin Azərbaycan tərəfinə əsir düşməsi barədə məlumat olsa da, onların kimliyi və hansı şəraitdə əsir düşməsi barədə hələlik məlumatsızdırlar.

Komissiya rəsmisi bildirib ki, hazırda bununla bağlı araşdırma aparılır.

Sailov qeyd edib ki, erməni hərbçilərinin əsir düşməsi faktını Ermənistan tərəfi rəsmi təsdiqləmir.

Qeyri-rəsmi məlumata görə, erməni hərbçiləri mayın 31-də günorta saatlarında Goranboy rayonunun Gülüstan kəndi istiqamətində Azərbaycan tərəfə könüllü əsir düşüblər.

Azərbaycan tərəfə könüllü əsir düşmüş erməni hərbçilərinin adları açıqlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bazar ertəsi Trend -a daha sonra verilən məlumata görə, 31 may 2009-cu il tarixdə, saat 13.00 radələrində Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində, Ermənistan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomosyan Gevorq Serjikoviç Azərbaycan tərəfinə keçiblər.

Hazırda həmin şəxslər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən saxlanılır və barələrində zəruri araşdırmalar aparılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, bu məsələ ilə bağlı gün ərzində rəsmi məlumat veriləcək.

Bundan əlavə fevralın sonunda ermənilərin daha 3 hərbçisi - Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyan Ağdamın Evcidüzü ərazisində könüllü olaraq Azərbaycan tərəfinə əsir düşüb.

Azərbaycanın isə Ermənistanda 2 əsiri var.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan  ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti