...

Azərbaycan və Ermənistan ziyalılarının görüşü xalqların yaxınlaşmasına kömək etməlidir – Polad Bülbül oğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2009 13:25 (UTC +04:00)
Azərbaycan və Ermənistan ziyalılarının görüşü xalqların yaxınlaşmasına kömək etməlidir – Polad Bülbül oğlu

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir Ü.Sadıxova /

Cümə günü Dağlıq Qarabağda səfərdə olan Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülübül oğlu, Armen Smbatyan və Mədəniyyət və Kinomatoqrafiya üzrə Federal Agentliyin rəhbəri Mixail Şvıdkovun Xankəndidə tanınmamış "Dağlıq Qarabağ Respublikası" prezidenti Bako Saakyan ilə görüşü keçirilib, Ermənistan KİV-i xəbər verir.

Bülbül oğlu görüşdə qeyd edib ki, görüş iki ölkə prezidentləri arasındakı danışıqları əvəzləmək məqsədi daşımır, bu, sadəcə xalqların yaxınlaşmasına kömək etməlidir, belə ki, ermənilər və azərbaycanlılar uzun illərdir yanbayan yaşayıblar.

Azərbaycanın Xankəndiyə yollanan nümayəndə heyətinin tərkibində altı nümayəndə, həmçinin Milli Məclisin iki millət vəkili Asim Mollazadə və Tahir Rzayev, eyni zamanda bəstəkar Siyavuş Kərimi yer alıb.

Bu, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa ikinci səfəridir. 2007-ci il iyunun 28-də iki ölkənin RF-dakı səfirləri Smbatyan və Bülbül oğlunun təşəbbüsü ilə Ermənistan və Azərbaycan ziyalılarının Xankəndi, Yerevan və Bakıya səfərləri olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti