...

Zbiqnev Bjezinski Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində yeni imkanlara inanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2009 13:45 (UTC +04:00)
Zbiqnev Bjezinski Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində yeni imkanlara inanır

ABŞ, Vaşinqton, 10 iyul / Trend , müxbir N.Boqdanova /

ABŞ-ın sabiq Prezidenti Cimmi Karter administrasiyasının milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində yeni reallıqların yaradılması imkanlarına inanır.

"Deməliyəm ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində yeni reallıqların yaradılması imkanlarına inanıram", - cümə günü Trend -a ABŞ-ın sabiq Prezidenti Cimmi Karter administrasiyasının milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi, Cons Hopkins Universitetinin professoru Zbiqnev Bjezinski bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Bjezinski hesab edir ki, ABŞ və Rusiya prezidentlərinin Moskvadakı görüşü və onların Dağlıq Qarabağ münaqişəsini müzakirə etmələri faktının özü bu məsələnin yalnız beynəlxalq əhəmiyyətini qaldırmadı, eyni zamanda münaqişə tərəflərinin inamını artırdı. "Rusiya və ABŞ arasında bu cür görüşlər region üçün yeni imkanlar acır", - o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti