Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir R. Hafizoğlu /
Türkiyəli deputat Moskva və Ankara arasında münasibətlərin gücləndirilməsinin Dağlıq Qarabağ probleminin həllinə təsirini istisna etməyib.
"Dağlıq Qarabağ probleminin həll olunması Türkiyə üçün ən vacib məsələlərdən biridir, Rusiyanın bəzi məsələlərdə öz prioriteti var və Moskva bu prioritetlərdən əl çəkməyəcək. Lakin Türkiyə Daqlıq Qarabağ məsələsinin hər zaman gündəmdə saxlayarsa, heç şübhəsiz ki, iki ölkə arasında olan yaxınlaşma ilə bu problemin həlli istiqamətində irəliləyiş əldə etmək olar", - cümə günü Ankaradan Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Onur Öymən telefonla Trend -a bildirib.
Trend -un arayışı: Dünən Rusiyanın Baş naziri Vladimir Putin Türkiyədə səfər edib. Vladimir Putin Türkiyəyə rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi və fəal işlər görüldüyünü bildirib. Baş nazir onu da qeyd edib ki , Moskva bu münaqişənin tezliklə həll edilməsini istəyir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]