...

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsini planlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2009 11:16 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 9-da Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərqindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend News-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində  monitorinq keçirilməsini planlaşdırır

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir K.Zərbəliyeva /

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 9-da Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərqindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbayjan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Caslan Nurtazin və polkovnik-leytenant İmre Palatinus keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə  monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrci Aberle və Vladimir Çontulov keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti