Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 27-də saat 20.00-dan 20.15-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.40-dan 21.00-dək və 22.30-dan 22.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 28-də saat 02.25-dən 02.52-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.