...

BMT-nin "Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ümumi tətbiqi" qətnaməsi Azərbaycanın maraqlarına cavab verir - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2009 18:50 (UTC +04:00)
Rəsmi Bakı hesab edir ki, BMT Baş Assambleyasının "Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ümumi tətbiqi" qətnaməsi Azərbaycanın maraqlarına cavab verir.
BMT-nin "Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ümumi tətbiqi" qətnaməsi Azərbaycanın maraqlarına cavab verir - XİN

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir S.Ağayeva/

Rəsmi Bakı hesab edir ki, BMT Baş Assambleyasının "Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ümumi tətbiqi" qətnaməsi Azərbaycanın maraqlarına cavab verir.

"Azərbaycan "Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ümumi tətbiqi" qətnaməsinin hazırlanmasında iştirak edib, lakin qətnamədə dövlətlərin ərazi asılılığı hesabına öz müqəddəratını təyin etməsi barədə heç nə deyilmir, əksinə, sənəddə açıq göstərilir ki, hərbi müdaxilə, aqressiya, işğal və bunun nəticəsində insan hüquqlarının pozulması aktları, o cümlədən öz müqəddəratını təyinetmə hüquqlarının pozulması tamamilə qadağan edilir", - bazar ertəsi Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a deyib.

Dekabrın 18-də BMT-nin Baş Assambleyasının 64-cü sessiyası zamanı "Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ümumi tətbiqi" qətnaməsi səsvermə keçirilmədən qəbul edilib.

Eyni zamanda Poluxov deyib ki, qətnamədə dövlətlərin digər ölkələrin ərazilərini hərbi müdaxilə yolu ilə əldə saxlaması və bunun üçün işğala diskriminasiyaya və insan ləyaqətini alçaldan digər aktlara əl atması faktlarına dair narahatçılıq ifadə olunur.

Onun sözlərinə görə, sənəddə həmçinin milyonlarla qaçqın və məcburi köçkünlərin vəziyyətləri barədə narahatçılıq ifadə olunur.

"Bütün bunları nəzərə alaraq, bunu Azərbaycanın maraqlarına cavab verən qətnamə kimi qiymətləndirmək olar", - Poluxov deyib.

"Biz öz müqəddəratını təyinetmə hüquqlarını tanıyırıq, lakin bu yalnız dövlətlərin ərazi bütovlüyü çərçivəsində həyata keçirilə bilər", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupu nun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti