...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2010 10:23 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 10-da saat 11.45-dən 11.50-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndi ərazisindəki mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 10-da saat 11.45-dən 11.50-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndi ərazisindəki mövqelərimizi; saat 11.20-dən 11.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 11.45-dən 11.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 16.00-dan 16.15-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 23.55-dən 00.00-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti