Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya səfərinin nəticələrini qiymətləndirərkən Ankara-Yerevan əlaqələrinin normallaşmasının Dağlıq Qarabağ probleminin həlli ilə bağlı olduğunu bildirib. Məlumatı Türkiyənin CNN Türk informasiya portalı yayıb.
Baş nazir onu da qeyd edib ki, Ankara-Yerevan münasibətlərinin hər nə qədər Dağlıq Qarabağ problemindən fərqli olduğu söylənilsə də, Türkiyə-Ermənistan münasibətlərində gərginləşmə və sərhədlərin bağlanması Azərbaycan ərazilərinin işğalından sonra oldu.
Ərdoğan bildirib ki, Dağlıq Qarabaq problemi tez bir zamanda öz həllini tapmalıdır və işğal edilən Azərbaycan torpaqları azad edilməlidir.