...

Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır - Elmar Məmmədyarov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2010 13:07 (UTC +04:00)
Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi jurnalistlərə bildirib.
Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır - Elmar Məmmədyarov

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir E.Tarıverdiyeva/

Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi jurnalistlərə bildirib.

"Mən bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbət etmişəm və o bildirib ki, Ermənistan tərəfi "baza prinsipləri" üzrə razılaşdırılmamış məqamlara dair təkliflərini hələ də təqdim etməyib. Bizim mövqeyimiz məlumdur, biz Dağlıq Qarabağın gələcək statusunu Azərbaycan və Ermənistan vətəndaşlarının birgə yaşamaları şərti ilə Azərbaycanın tərkibində görürük", - nazir deyib.

XİN rəhbərinin sözlərinə görə, nizamlanma prosesi irəliləyir və Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır. "Əgər proses irəliləyirsə, deməli sual yaranır: bəs bundan sonra? Bu sualı danışıqların digər iştirakçıları özlərinə verməlidirlər", - Məmmədyarov bildirib.

"BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün Minsk qrupunun həmsədr ölkəsi olması münaqişənin həllinin vacibliyinə sübutdur, - nazir qeyd edib. - Biz işğal olunmuş ərazilər və qaçqınların öz yurdlarına qayıtmaları problemini həll etməliyik", - Məmmədyarov əlavə edib.

Xəbər lenti

Xəbər lenti