...

Atəşkəsi intensiv pozan Ermənistana qarşı sanksiya tətbiq edilməlidir – Azərbaycan Parlamentinin deputatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2010 14:41 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, atəşkəsi intensiv pozan Ermənistana qarşı sanksiya tətbiq edilməlidir.
Atəşkəsi intensiv pozan Ermənistana qarşı sanksiya tətbiq edilməlidir – Azərbaycan Parlamentinin deputatı

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, atəşkəsi intensiv pozan Ermənistana qarşı sanksiya tətbiq edilməlidir.

"Atəşkəsi pozduqlarına görə Ermənistana indiyədək bir dəfə hər hansı sanksiya tətbiq olunmaması qarşı tərəfi şirnikləndirir. Hətta ATƏT-in monitorinq qrupu cəbhə bölgəsində monitorinq keçirəndə də ermənilər atəşkəsi pozmaqdan çəkinmirlər. Azərbaycan ordusu isə hər dəfə atəşkəs pozulanda düşmənə layiqli cavab verməyə qadirdir. Doğrudur, ayın 18-də biz də itki vermişik, amma ermənilərin itkisi bizimkindən bir neçə dəfə çox olub. Bu ermənilərə verilən növbəti dərs olmalıdır", - cümə günü Trend -a Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba və Qapanlı, Ağdam rayonunun Yusifcanlı və Cavahirli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Sonra atışma geniş miqyaslı xarakter alıb.

Atəşkəs nəticəsində Milli Ordunun 3 əsgəri ölüb, biri isə yaralanıb.

Məmmədovun sözlərinə görə, ermənilərin atəşkəsi tez-tez pozmasının səbəbi ATƏT-in Ermənistanın mənafeyini qoruması ilə bağlıdır.

"Onlar ermənilərin havadarlarıdır və mənfur qonşularımız bundan istifadə edirlər", - millət vəkili əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti