...

Azərbaycanda İran Səfirliyi qarşısında piket keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2010 14:19 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycanın Vətəndaş Həmrəyliyi Partiyası fevralın 22-də İranın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Azərbaycanda İran Səfirliyi qarşısında piket keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir M.Əliyev/

Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycanın Vətəndaş Həmrəyliyi Partiyası fevralın 22-də İranın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Təxminən 50 nəfər piket iştirakçısı İran tərəfini seperatçı Ermənistan ilə əlaqələri kəsməyə, həmçinin İranda yaşayan azərbaycanlıların hüquqlarına riayət etməyə çağıran şüarlarla çıxış ediblər.

İştirakçılar "Qatillərə qucaq açan ölkəyə ar olsun", "İşğalçı Ermənistanla qardaşlıq İslam dəyərlərinə ziddir", "Müsəlman təəssübkeşinin iç üzü", "Fars şovinizminə "yox" deyirik!" şüarları ilə çıxış ediblər.

DAK Daimi Şurasının rəhbəri Əjdər Tağızadənin başçılığı ilə mitinq iştirakçıkları Səfirlik qarşısında ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışan, həmçinin İran əhalisini Tehranın Yerevanla əməkdaşlığına etiraz ifadə etməyə çağıran bəyanatla çıxış ediblər.

Təxminən 20 dəqiqə davam edən aksiyanın polis tərəfindən qarşısı alınıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti