Azərbaycan, Bakı, 27 fevral / Trend /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 26-da saat 12.50-dən 13.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23.00-dan 23.30-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- fevralın 27-də saat 04.40-dan 04.50-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar