...

Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2010 10:41 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 18 mart  / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 17-də saat 18:00-dan 18:20-dək Ermənistan Respublikasının Noyenberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 07:35-dən 07:45-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; 

- saat 23:30-dan 23:35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən   Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti