...

Azərbaycanda məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması probleminin həlli ilə bağlı layihə həyata keçiriləcək (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2010 14:54 (UTC +04:00)
Azərbaycanın "Əsgər ailəsi" cəmiyyəti məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması zamanı yaranan ədalətsizliklə mübarizə aparacaq.
Azərbaycanda məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması probleminin həlli ilə bağlı layihə həyata keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 06 may /Trend, müxbir A.Hüseynbala/ zərbaycanda məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması probleminin həlli ilə bağlı layihə həyata keçiriləcək

Azərbaycanın "Əsgər ailəsi" cəmiyyəti məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması zamanı yaranan ədalətsizliklə mübarizə aparacaq.

"Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihənin həyata keçirilməsində əsas məqsəd məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması zamanı yaranan münaqişəyə son qoymaqdır", - cümə axşamı Trend Beynəlxalq Xəbərlər Şirkətində keçirilən tədbirdə bildirilib.

Layihə çərçivəsində 1992-1993-cü illərdə məskunlaşan məcburi köçkünlərin zəbt etdikləri yarımçıq tikili və ya istismara verilməyən hazır mənzillərdə məskunlaşan köçkünlərlə görüş keçiriləcək. Görüş may ayında Sumqayıt şəhərində təşkil ediləcək və minisoğu şəklində onların vəziyyəti, problemləri öyrəniləcək.

Bundan başqa, iyun ayında "Məcburi köçkün vətəndaşlarımızın sosial-məişət qayğıları və cəmiyyətdə məcburi köçkünə münasibət" mövzusunda müvafiq dövlət orqanları və maraqlı tərəflərin iştirakı ilə "dəyirmi masa" keçiriləcək.

Layihənin ikinci mərhələsində "Erməni işğalı" adlı kitab nəşr olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti