...

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Ermənistan Prezidentinin bəyanatı ilə bağlı Mövlud Çavuşoğluya məktub göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2010 16:58 (UTC +04:00)
Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistanın Prezidenti Serj Sarkisyanın ermənilərin "köçəri türk-müsəlman tayfaları" adlandırdığı azərbaycanlılardan daha üstün səviyyədə olması ilə bağlı bəyanatlarının qarşısını almaq üçün müvafiq tədbirlər görülməsi ilə bağlı AŞ PA sədri Mövlud Çavuşoğluna məktub göndərib.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Ermənistan Prezidentinin bəyanatı ilə bağlı Mövlud Çavuşoğluya məktub göndərib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan Prezidenti Serj Sarkisyanın ermənilərin "köçəri türk-müsəlman tayfaları" adlandırdığı azərbaycanlılardan daha üstün səviyyədə olması ilə bağlı bəyanatlarının qarşısını almaq üçün müvafiq tədbirlər görülməsi ilə bağlı AŞ PA sədri Mövlud Çavuşoğluya məktub göndərib. Məlumatı çərşənbə günü Azərbaycan Dillər Universiteti yayıb.

Oktyabrın 10-da erməni diasporundan olan jurnalistlərlə görüşündə Ermənistan Prezidenti Serj Sarkisyan erməni xalqının digər xalqlardan, həmçinin, ermənilərin "köçəri türk-müsəlman tayfaları" adlandırdığı azərbaycanlılardan daha üstün səviyyədə olduğunu söyləyib.

"Ermənistan Prezidenti özünün bəzi "genetik" tədqiqatlarına əsaslanaraq bildirib ki, "bir millət kimi ermənilər son 8000 il ərzində mövcud olub". Ermənistan Prezidentinin bu sözləri erməniləri digər xalqlardan, o cümlədən onun "köçəri türk-müsəlman tayfaları" kimi xarakterizə etdiyi azərbaycanlılardan üstün görməsini əks etdirir", - Universitetin rektoru Seyidovun ünvanladığı məktubda deyilir.

Məktubda deyilir ki, ilk dəfə deyil ki, Ermənistanın yüksək vəzifəli məmurları açıq-aşkar biabırçı etnik diferensiasiya fikirlərinə əsaslanan, beynəlxalq hüquqi prinsiplərə, həmçinin, bəşəriyyətin mənəvi və əxlaqi prinsiplərinə zidd olan bəyanatlar səsləndirirlər. "Belə ki, Ermənistan Respublikasının keçmiş Prezidenti Robert Koçaryanın "erməni və azərbaycanlılar arasında etnik uyğunsuzluq" barədə bəyanatı haqlı olaraq beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olmuşdu. Daha sonra Avropa Şurasının həmin dövrdəki baş katibi Valter Şvimmer bildirmişdi ki, "Koçaryanın bəyanatı müharibənin başlanmasına qızışdırmağa bərabərdir və davakar, ritorik nifrətin təzahürüdür". Sonra Avropa Şurası Parlament Assambleyasının o dövrdəki prezidenti Piter Şider bildirmişdi ki, Avropa Şurası yarandığı gündən bəri "etnik uyğunsuzluq" ifadəsini eşitməyib. Bununla əlaqədar, Serj Sarkisyanın son bəyanatları irqi üstünlük və nifrət aşılayan çirkin fikirlərin Ermənistan Respublikasının dövlət siyasətinə tətbiq olunmasına rəsmi Yerevanın razılığının bariz nümunəsidir", - məktubda deyilir.

Məktubda deyilir ki, Azərbaycan əmindir ki, Cənubi Qafqazda sabit sülhün, təhlükəsizliyin və stabilliyin bərqərar olunması üçün beynəlxalq ictimaiyyətin birgə səyləri nəticəsində Ermənistan Respublikasını irqi və dini əsaslı siyasətindən və praktikasından daşınmağa, Azərbaycan Respublikasının ərazilərinin qanunsuz işğalına son qoymağa, onun qonşu xalqlara olan ərazi iddialarından əl çəkməyə və regionun bütün dövlətləri ilə sivil əlaqələr yaratmağa inandırmaqdan başqa alternativ variant yoxdur.

Səməd Seyidov AŞPA-ya üzv olan ölkələrə münasib olmayan bu cür bəyanatların qarşısını almaq üçün müvafiq tədbirlər görüləcəyinə əmin olduğunu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti